BANK

30 Oktyabr

Dünya Bankından “ikiqat şok” xəbərdarlığı

Dünya Bankı “Geosiyasi risklərin kölgəsində” başlığı ilə Əmtəə Bazarlarına Baxış Hesabatının 2023-cü ilin oktyabr buraxılışını dərc edib.

Fins.az hesabata istinadən xəbər verir ki, Yaxın Şərqdəki son münaqişələr son illərdə fövqəladə şokların təsirləri ilə mübarizə aparan əmtəə bazarlarında əhəmiyyətli qeyri-müəyyənlik yaradıb.

Hesabatda qeyd olunub ki, münaqişə başlamazdan əvvəl Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun neft tədarükünü könüllü şəkildə azaltması enerji qiymətlərinin üçüncü rübdə 9 faiz artmasına səbəb olub. Nəticədə bu dövrdə Dünya Bankının əmtəə qiymətləri indeksi 5 faiz artıb, onun artdığı və hazırda 2015-2019-cu illərin orta göstəricisindən 45 faiz yuxarı olduğu bildirilib.

Günel Məlikzadə
Fins.az