BANK

30 Oktyabr

Yeni “Miles&Smiles PAŞA Bank” kart sahiblərinə 10 000-ə qədər “xoş gəldin” milləri təqdim olunur

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” dünyanın lider aviaşirkətlərindən biri olan “Türk Hava Yolları” ilə eksklüziv əməkdaşlıq çərçivəsində təqdim etdiyi “MilesSmiles” kartları üzrə yeni kampaniya elan edir.

Fins.az xəbər verir ki, kampaniyanın şərtlərinə əsasən yeni müştərilər “MilesSmiles Black Edition” və “MilesSmiles World Elite” kartlarını əldə etdikdə 1-ci il üzrə müvafiq olaraq 6 000 və 10 000 “xoş gəldin” milləri qazanacaq. Bunun üçün “MilesSmiles Black Edition” kart sahibləri ilk 1 ay ərzində minimum 3 000 AZN, “MilesSmiles World Elite” kart sahibləri isə ilk 1 ay ərzində minimum 5 000 AZN məbləğində ödəniş etməlidirlər. Müvafiq “xoş gəldin” milləri yeni müştərilərə dövriyyə şərti yerinə yetirildikdən sonra təqdim olunacaq. 

30 noyabr 2023-cü il tarixindək davam edən kampaniyada yalnız yeni “MilesSmiles” müştəriləri faydalana bilər. Kampaniyadan “MilesSmiles Black Edition” kartları üzrə ilk 2 000 yeni müştəri, “MilesSmiles World Elite” kartları üzrə isə ilk 1 000 yeni müştəri yararlanacaq.

“MilesSmiles Black Edition” və “MilesSmiles World Elite” əldə etmək və kampaniyada iştirak etmək üçün bu linkə keçid edin.

Xatırladaq ki, “MilesSmiles PAŞA Bank” kartları ölkədə ilk dəfə olaraq “Türk Hava Yolları” aviaşirkəti ilə ko-brendinq məhsulu kimi 2019-cu ildə müştərilərin istifadəsinə verilib. Bu kartlar vasitəsilə ticarət və xidmət obyektlərində ödənişlər həyata keçirərək mil qazanmaq, toplanan milləri “Türk Hava Yolları”nın və “Star Alliance” üzvlərinin 300-dən çox uçuş istiqamətləri üzrə aviabiletə çevirmək mümkündür. Həmçinin “PAŞA Bank”ın partnyor şəbəkəsində ödəniş zamanı müştərilər əlavə millər də qazana bilər.

“MilesSmiles PAŞA Bank” kart sahiblərinə bir sıra üstünlüklər və imtiyazlar təklif olunur. “MilesSmiles PAŞA Bank” kartlarının bütün üstünlükləri və tarifləri haqqında daha ətraflı məlumat əldə etmək üçün bu linkə keçid edin.