BANK

27 Oktyabr

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 15 faizə qaldırıb

Rusiya Mərkəzi Bankından verilən açıqlamada ölkə iqtisadiyyatında inflyasiya təzyiqinin gözləntilərin üzərində yüksək səviyyədə davam etdiyi bildirilib.

Fins.az xəbər verir ki, açıqlamada daxili tələbin istehsal gücünü getdikcə üstələdiyi və bunun da qiymət artımına səbəb olduğu, Rusiya rublunun ucuzlaşması və məşğulluq açığının bu tendensiyaya mənfi təsir göstərdiyi bildirilib.

Açıqlamada, 2024-cü ildə inflyasiyanın 4 faizə endirilməsi hədəfinin hələ də qüvvədə olduğu ifadə edilərək, “Rusiya Mərkəzi Bankı siyasət faiz dərəcəsini 15%-ə yüksəltməyə qərar verib” ifadəsi işlədilib. 

Açıqlamada inflyasiyanın hədəf səviyyəsinə çatması üçün əlavə faiz artımları da daxil olmaqla sərt maliyyə siyasəti tətbiqləri müddətinin uzadılacağı bildirilib.

Açıqlamada ilin sonuna inflyasiya proqnozunun 7-7,5 faizə qədər yeniləndiyi, 2023-cü il üçün artım proqnozunun isə 1,5-2,5 faizdən 2,2-2,7 faizə endirildiyi bildirilib.

Günel Məlikzadə
Fins.az