Bu ilin 9 ayda internet bankçılıqla həyata keçirilən əməliyyatlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artaraq 172 milyarda çatıb.
Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mobil bankçılıq ilə əməliyyatlar bu dövrdə 2.4 dəfə artıb və qapalı bankçılıq açıq bankçılığı açıq maliyyələşməyə keçidin formalaşması Mərkəzi Bankın əsas hədəfidir ki, bu da kibertəhlükəsizlik sahəsində görüləcək işlərin gücləndiməsini vacib edir.
Fuad Mədətov
Fins.az