BANK

26 Oktyabr

Mərkəzi Bank ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti arasında memorandum imzalanacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti arasında maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində məlumatlılığın artırılması və qabaqlayıcı tədbirlərin görülməsi üzrə əməkdaşlığı gücləndirəcək.

Fins.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərivəsində təşkil olunan konfransda deyib.

T.Kazımov qeyd edib ki, bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti arasında memorandum imzalanacaq.

Fuad Mədətov
Fins.az