Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bankların rəhbərləri ilə növbəti dəfə görüş keçirib.
Fins.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə növbəti dəfə görüşdük. Görüş zamanı bank sektoru üzrə cari ilin 3-cü rübünün nəticələrini müzakirə etdik. Həmçinin son dövrlərdə qlobal meyillərin və çağırışların maliyyə-bank sektoruna təsirini nəzərdən keçirdik. Eləcə də ölkədə makroiqtisadi sabitliyinin təmin edilməsi və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışdıq” - deyə o qeyd edib.
Günel Məlikzadə
Fins.az