BANK

25 Oktyabr

Avrozonada korporativ kreditlər dayanır

Avropa Mərkəzi Bankı (AMB) sentyabr ayı üçün korporativ və istehlak kreditlərində aylıq dəyişiklikləri açıqlayıb.

Fins.az xəbər verir ki, Avqust ayında illik bazda  0,7% artan şirkət kreditləri, keçən ay  0,2% artıb. Bu artım 2015-ci ilin dekabrından bu yana bu kreditlərdə ən aşağı artım kimi qeydə alınıb.

Korporativ kreditlərdə davam edən təcil itkisi də “20 ölkə blokunun tənəzzül astanasında olduğuna dair yeni sübutlar təqdim etmək” kimi qiymətləndirilib.

İstehlak kreditləri avqust ayında 1% artımın ardından keçən ay 0,8 faiz artıb. Aylıq kredit axını 4,5 milyard avro olub.

Sentyabr ayında M3 pul kütləsi illik bazda  1,2% azalaraq analitiklərin  1,8% azalma gözləntilərinin altında qalıb . Avqustda təklif 1,3 faiz azalıb.

M3 pul kütləsinin azalması gələcəkdə inflyasiyanın artım tempinin aşağı düşə biləcəyinin göstəricisi kimi qiymətləndirilir. Lakin pul kütləsi ilə inflyasiya arasındakı əlaqə indi çox mürəkkəb hesab olunur.

Günel Məlikzadə
Fins.az