BANK

25 Oktyabr

Azərbaycan Texnologiya Universitetində “Kapital Bank otağı” istifadəyə verilib

Prioritet istiqamətlərindən biri də təhsilə dəstək olan ölkənin birinci bankı Kapital Bank Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirib. Əməkdaşlıq çərçivəsində İqtisadiyyat kafedrasının nəzdində “Kapital Bank otağı”nın açılışı baş tutub. Açılış mərasimində Kapital Bank-ın rəsmi nümayəndələri, Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi və tələbələr iştirak ediblər.

Fins.az xəbər verir ki, tədbirdə çıxış edən bankın İstedadların idarə edilməsi departamentinin direktor müavini Azadə Hacıyeva bildirib ki, “Biz Bakı şəhərində artıq bir neçə universitetdə dərs otaqlarının açılışını etmişik. Bu gün isə regionda ilk olaraq Gəncədə Azərbaycan Texnologiya Universitetində müasir texnoloji tələblərə uyğun olan “Kapital Bank otağı” tələbələrin istifadəsinə verilir. Biz düşünürük ki, innovativ, rəqəmsallaşan dünyada tələbələr peşəkar mütəxəssis olmaq üçün ən müasir yeniliklərlə dərsə cəlb olunmalı, öyrənməlidirlər. Bu otağın yaradılmasında da məqsəd tələbələrə səmərəli və faydalı öyrənmə şəraiti yartamaqdır”.

Bankın Pərakəndə satış departamentinin rəhbəri Məhəmməd İbrahimov isə çıxışında təhsilə dəstək yönümlü əməkdaşlıqları yüksək qiymətləndirib. O, bildirib ki, “Biz bu sahədə memorandumlar imzalayır, ali məktəblərlə əməkdaşlıq edir, təqaüd proqramları keçirir, tələbələrin bankda istehsalat təcrübəsi keçməsi üçün mümkün qədər şərait yaradırıq. Kapital Bank 5000 dən çox əməkdaşı ilə həm də sektorun ən böyük işəgötürən şirkətlərindən biridir. Bu imkandan yararlanan gənclər yaxın gələcəkdə ölkəmiz üçün faydalı, peşəkar mütəxəssislərə, eləcə də həmkarlarımıza çevriləcəklər. Biz böyük həyəcanla onları komandamızda gözləyirik”.