Bu il sentyabrın 1-nə Azərbaycanda özəl bankların kredit qoyuluşu 17 060,3 milyon manat təşkil edib.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 15% çoxdur.
Azərbaycandakı 24 bankdan 22-si özəl bankdır.
Fuad Mədətov
Fins.az