BANK

24 Oktyabr

JPMorgan-ın ulduz strateqi Marko Kolanoviçin rəyi

JPMorgan-ın ulduz strateqi Marko Kolanoviçin fikrincə, qlobal mərkəzi bankların aqressiv monetar sərtləşdirmə kampaniyasının təsiri demək olar ki, 2024-cü il ərzində hiss olunacaq.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Kolanoviç dünən dərc etdiyi notda maliyyə şərtlərinin 2022-ci ilin əvvəlindən sərtləşdiyini, tempin aşağı düşsə belə sərtləşməyə davam edəcəyini və 2024-cü ilin böyük hissəsində tam təsirini göstərəcəyini bildirib.

Maliyyə şərtlərinin sərtləşdirilməsinin ümumi daxili məhsula təsirinin görünməsinin adətən 1-2 il çəkə biləcəyini ifadə edən Kolanoviç, keçən ilki sərtləşdirmənin təsirinin hələ də yaşanmadığını müdafiə edib.

Güclənən dolların qlobal miqyasda səhmlərə təzyiq etdiyini ifadə edən Kolanoviç, müdafiə ehtiyatlarına və enerji şirkətlərinə üstünlük verməyə davam etdiyini ifadə edib.

Günel Məlikzadə
Fins.az