Nyu-Yorkda yerləşən Metropolitan Kommersiya Bankı, müştəri identifikasiyası qaydalarını pozduğuna və bankın əvvəlcədən ödənilmiş kart hesablarının buraxılması ilə bağlı səhv üçüncü tərəf risk idarəetmə təcrübələrinə görə təxminən 14,5 milyon dollar cərimələnib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Metropolitenin 2020-ci ildə qeyri-qanuni şəxslər üçün əvvəlcədən ödənilmiş kart hesabları açdığı və daha sonra qeyri-qanuni əldə edilmiş dövlət işsizlik sığortası müavinətlərini toplamaq üçün bu hesablardan istifadə etdiyi bildirilib. Həmçinin, bankın həqiqi şəxsiyyətini yoxlamaq üçün adekvat prosedurlara malik olmadan üçüncü tərəf proqram administratorundan istifadə etdiyi qeyd edilib. Əvvəlcədən ödənişli kart hesabları açaraq müştərinin eyniləşdirmə qaydalarını da pozduğu vurğulanıb.
Açıqlamada, Metropolitandan müştəri identifikasiyası, müştərilərin lazımi müayinəsi və üçüncü tərəf risk idarəetmə proqramlarını təkmilləşdirməsi tələb edildiyi ifadə edilib.
Metropolitenə qarşı tədbirin Nyu-York Maliyyə Xidmətləri Departamenti ilə birlikdə həyata keçirildiyi, FED və Nyu York Maliyyə Xidmətləri Departamentinin banka tətbiq etdiyi ümumi cəzanın təxminən 30 milyon dollar olduğu bildirilib.
Günel Məlikzadə
Fins.az