BANK

20 Oktyabr

Si: "Yeni inkişaf bankı inkişaf edən ölkələrin səsini artırmalıdır"

Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Si 3-cü “Bir kəmər, bir yol” forumunda iştirak etmək üçün Pekinə səfər edən NDB sədri, Braziliyanın keçmiş prezidenti Dilma Russeff ilə görüşüb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, dünyada risklər və böhranların iç-içə olduğu bir dövrdə beynəlxalq maliyyə sisteminin yüksələn gücü olan NDB-nin mühüm rola malik olduğunu vurğulayan Si deyib:

“NDB beynəlxalq maliyyə sisteminin daha ədalətli olması üçün çalışmalıdır. 21-ci əsrin yeni tipli çoxtərəfli inkişaf institutuna çevrilməklə, bazarların və inkişaf etməkdə olan ölkələrin təmsilçiliyini və səsini artırmalıdır”. 

Rousseff Braziliya prezidenti olduğu 2014-cü ildə NDB-nin yaradılmasının birlikdə şahidi olduqlarını xatırladan Si, bankın Kəmər və Yol Təşəbbüsü və Qlobal İnkişaf Təşəbbüsündə iştirakının, Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilədək Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin və daha çox inkişaf etməkdə olan ölkələrdə modernləşmənin həyata keçirilməsinə verdikləri töhfələrdən məmnunluğunu ifadə edib.

Günel Məlikzadə
Fins.az