BANK

20 Oktyabr

PAŞA Bank valyuta hərraclarında aldığı xarici valyutanın həcmiylə bağlı AÇIQLAMA

2023-cü ilin oktyabr ayınadək Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilmiş valyuta hərraclarında təxminən 2,5 milyard dollar satılıb.

Fins.az xəbər verir ki, bunu "PAŞA Bank" ASC-nin İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı Murad Süleymanov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

"PAŞA Bank" ASC-nin valyuta hərraclarında aldığı xarici valyutanın həcmiylə bağlı danışan M.Süleymanov bildirib ki, qeyd olunan məbləğin təxminən 20%-i (500 milyon dollar - red) PAŞA Bank tərəfindən müştərilərinin ehtiyacları üçün alınıb.

Fuad Mədətov
Fins.az