BANK

20 Oktyabr

Paşa Bank Şuşada filial açacaq

"Paşa Bank" Şuşada filial açmağa hazırlaşır.

Fins.az xəbər verir ki, bunu "PAŞA Bank"ın Komplayns və idarəetmə blokunun baş direktoru Anar Kərimov deyib.

Onun sözlərinə görə, "Paşa Bank"ın Şuşa filialının gələn ilin sonunadək tikintisi yekunlaşacaq:

"Yeni filialın Şuşa şəhərinin memarlıq üslubuna uyğun olacaq. Filial Qarabağ regionunu, o cümlədən Xankəndi şəhərini əhatə edəcək".

Fuad Mədətov
Fins.az