"PAŞA Bank" ASC-nin 2 törəmə bankının nizamnamə kapitalında payları azalıb.
Fins.az xəbər verir ki, bunu "PAŞA Bank" ASC-nin İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov bu gün keçirilən mətbuat konframsında bidirib.
M.Süleymanov bildirib ki, bank paylarının bir hissəsini ana şirkət olan "PAŞA Holdinq"ə ötürüb:
""PAŞA Bank" ASC-nin "PAŞA Bank Türkiyə"nin nizamanmə kapitalındakı payı 51%-dən 28%-ə, "PAŞA Bank Gürcüstan"dakı payı isə 100%-dən 92%-ə düşüb".
Onun sözlərinə görə, dəyişiklikdən sonra "PAŞA Holdinq"in bankdakı payı isə 49%-dən 72%-ə yüksəlib.
Fuad Mədətov
Fins.az