BANK

20 Oktyabr

Yaponiyanın əsas inflyasiya səviyyəsi sentyabrda 3% təşkil edib

Yaponiyanın əsas inflyasiya səviyyəsi avqustda olan 3,2 faizdən azalaraq sentyabr ayında 3 faiz təşkil edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, məlumatlar ardıcıl 18-ci aydır ki, inflyasiyanın Yaponiya Bankının 2 faizlik hədəfinin üzərində qaldığını göstərib.

Təzə ərzaq qiymətlərini nəzərə almayan əsas inflyasiya da avqustda 3,1 faizdən 2,8 faizə enib.

Ayrı-ayrılıqda, təzə qida və enerji qiymətləri istisna olmaqla, BOJ tərəfindən izlənilən "əsasdan nüvəyə" inflyasiya ölçüsü avqustda 4,3 faizdən 4,2 faizə düşüb.

Günel Məlikzadə
Fins.az