Beynəlxalq kredit reytinq agentliyi Moody's, İsrailin "A1" kredit reytinqini mümkün azalma üçün nəzərdən keçirdiyini açıqlayıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Moody's-in verdiyi açıqlamada reytinq proqnozunun daha əvvəl "stabil" olduğu və araşdırmanın İsrail ilə Fələstin arasında "gözlənilməz və şiddətli" qarşıdurma səbəbiylə başladığı bildirilib.
Açıqlamada İsrailin xarici və yerli valyutada uzunmüddətli "A1" kredit reytinqinin aşağı salınması üçün nəzərdən keçirildiyi ifadə edilib. İsrailin keçmişdə kredit profilinin terror hücumlarına və hərbi qarşıdurmalara qarşı davamlı olduğunu sübut etdiyi bildirilib. İndiki hərbi münaqişənin ciddiliyi onun daha uzun sürəcəyi və maliyyə kredit reytinqinin yüksələcəyi mənasına gəlir. Bunun təsir etmə ehtimalını artırdığı vurğulanıb.
Bəyanatda qeyd olunub ki, notanın nəzərdən keçirilməsində münaqişənin mümkün müddəti və miqyasına diqqət yetiriləcək. Baxılma müddəti üç aydan çox ola bilər.
Günel Məlikzadə
Fins.az