Xalq Bank “Qatar Airways”lə əməkdaşlıq çərçivəsində geniş səyahət imkanları açan yeni kampaniyaya start verir. Bu gündən başlayan kampaniyada Xalq Bankın istənilən Mastercard və ya Visa ödəniş kartı ilə “Qatar Airways”dən aviabiletləri 12 %-dək endirimlə əldə etmək mümkün olacaq. Müştərilər //www.qatarairways.com/en-az/offers/cug/fly-xalq.html səhifəsində endirim təklif edilən uçuş istiqamətləri ilə tanış olaraq Xalq Bank kartı ilə ödəniş apararkən sayta avtomatik tətbiq edilmiş QRXALQ promokodu ilə endirimdən yararlana biləcəklər.
Fins.az xəbər verir ki, endirimlər həm biznes, həm də ekonom sinif uçuşları üçün keçərlidir. Kampaniyada Xalq Bankın bütün Visa və Masterсard ödəniş kartları iştirak edir.
Kampaniya 31.03.2024-cü il tarixədək davam edəcək. Kampaniya zamanı alınmış aviabiletlərin səyahət dövrü isə 31.05.2024-cü il tarixədəkdir.
Təklif yoladüşmə yeri Heydər Əliyev Beynəlxalq Aeroportu (GYD) olmaqla “Qatar Airways”in Doha şəhəri üzərindən həyata keçirilən tranzit uçuşlarına şamil edilir. Endirimlər Barselona, Madrid, Paris, Kuala Lumpur, Tokio, Maldiv adaları, Bali, Toronto, Nyu-York da daxil olmaqla 50-dən çox istiqamətə uçuşlarda keçərlidir.
Xalq Bankın təklif etdiyi ödəniş kartlarını həm geniş filial şəbəkəsindən, həm də //cardorder.xalqbank.az/ linki vasitəsilə keçid edərək onlayn sifariş vermək mümkündür. Bakı ərazisində kartların çatdırılması pulsuzdur.
Xalq Bankın təqdim etdiyi məhsul və xidmətləri barədə məlumatları isə Bankın filial şəbəkəsindən, //xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.