Çin Xalq Bankı (PBOC) iqtisadi canlanma və istiqraz satışlarını dəstəkləmək üçün 2020-ci ildən bəri ən böyük orta müddətli likvidlik inyeksiyasını həyata keçirib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bank bu səhər maliyyə sisteminə xalis 289 milyard yuan (39,6 milyard dollar) daxil edərkən, 2020-ci ilin dekabrından bəri ən yüksək rəqəmdir. Eyni zamanda açıq bazar əməliyyatları vasitəsilə bazardan xalis 134 milyard yuan qısamüddətli likvidlik çıxarıb.
Ötən həftə Çində açıqlanan istehlak inflyasiyası məlumatları ölkədə tələbin zəif qalmağa davam etdiyini göstərsə də, həm Pekin administrasiyası, həm də yerli hökumətlər fiskal stimullaşdırıcı addımları maliyyələşdirmək üçün istiqraz satışlarını sürətləndirib.
Bu arada, Çinin üçüncü rübün artım məlumatları 18 oktyabr açıqlanacaq.
Günel Məlikzadə
Fins.az