Misir xilasetmə proqramını 5 milyard dollardan çox artırmaq üçün Beynəlxalq Valyuta Fondu (BVF) ilə danışıqlar aparır.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Misir hazırkı proqramın uzadılması üçün aparılan danışıqlarda fikir ayrılıqlarının, o cümlədən məzənnə siyasətinin aradan qaldırılacağını düşünür.
Mənbələr bildiriblər ki, keçən il əldə edilən 3 milyard dollarlıq razılaşmada potensial artımı nəzərdə tutan təftiş Misirin iki dəfə təxirə salınan proqram qiymətləndirməsinin tamamlanmasından sonra gələ bilər.
BVF və Misir rəsmiləri məsələ ilə bağlı şərh verməyiblər.
Günel Məlikzadə
Fins.az