Naxçıvanda problemli kreditlərin sayı ötən il 3 faiz təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev media nümayəndələri ilə görüşdə deyib.
O qeyd edib ki, bu il sentyabrın 1-nə olan məlumata görə vaxtı keçmiş kreditlərin sayı 2,1 faizə qədər düşüb: “Göstəricinin aşağı olması Naxçıvanın balaca yer olması və burada əhali arasında psixoloji durum və ictimai qınağın olmasıdır. Naxçıvanda kreditin qaytarılması mədəniyyəti daha yüksəkdir və kommersiya bankları burada daha az problemlə qarşılaşır. Bu baxımdan Naxçıvan problemli kreditlərin aşağı olduğu yerdir".
Məhəbbət Məmmədov
Fins.az