Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Dünya Bankı (WB) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında makroiqtisadi inkişaf və maliyyə sabitliyi müzakirə edilib.
Fins.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Bu gün WB və IMF-də Azərbaycanın daxil olduğu Seçki Qrupunun toplantısında iştirak etdik. Toplantıda Seçki Qrupunda təmsil olunan ölkələrdə makroiqtisadi inkişaf və maliyyə sabitliyi istiqamətində görülən işlər üzrə müzakirələr apardıq. Həmçinin, qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq əlaqələri barədə danışdıq", - deyə o qeyd edib.
Məhəbbət Məmmədov
Fins.az