BANK

13 Oktyabr

Hindistanda inflyasiya gözləntilərin altındadır

Hindistanda inflyasiya məlumatları sentyabr ayında illik bazda 5,02% artaraq, tərəvəz qiymətlərinin aşağı olmasının təsiri ilə son üç ayın ən aşağı səviyyəsinə enib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, məlumatlar iqtisadçıların 5,5 faizlik artımla bağlı gözləntilərinin altında gəlib. Hələ də mərkəzi bankın 4 faizlik hədəfindən yüksək olaraq qalır.

Ötən həftə Hindistan Ehtiyat Bankı faiz dərəcələrini 6,5 faiz səviyyəsində saxlayıb.

Günel Məlikzadə
Fins.az