BANK

11 Oktyabr

PAŞA Bank innovativ Maliyyə bələdçisi məhsulunu xüsusi kampaniya ilə təqdim edir!

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” bazarda ilk dəfə fərdi sahibkarlar üçün “Maliyyə bələdçisi” məhsulunu təqdim edib.

Fins.az xəbər verir ki, “Maliyyə bələdçisi” məhsulu ilə fərdi sahibkarlar vergi və büdcə ödənişlərini bir platformadan idarə edə, həmçinin vergi öhdəlikləri haqqında daim xəbərdar ola bilərlər. Əlavə olaraq vergi borcları, gecikmələri və qanundakı dəyişikliklər ilə bağlı öncədən bildiriş funksionallığı da məhsulun üstünlüklərindən biridir.

Qeyd edək ki, məhsulun digər üstünlüklərindən biri də vergi və büdcə ödənişləri haqqında məlumatların avtomatik doldurulması imkanıdır. Bu üstünlük sahibkarların işini asanlaşdıracaq və vaxtlarına qənaət edəcək.

Həmçinin PAŞA Bank 31.10.2023 tarixinədək “Maliyyə bələdçisi” məhsulu ilə vergi və büdcə ödənişlərini tamamilə komissiyasız icra etmək imkanınından yararlanmağı təklif edir.

Məhsuldan Bakı ərazisində fəaliyyət göstərən, işçisi olmayan və illik dövriyyəsi 200 000 AZN-dən çox olmayan fərdi sahibkarlar yararlana bilər.

Müştəri olub məhsuldan yararlanmaq üçün indi keçid edin: //pshb.az/3ZOR8AK