Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadi artımın 2023-cü ildə 3 faiz, gələn il isə 2,9 faiz olacağını proqnozlaşdırır.
Fins.az bildirir ki, BVF-nin Vaşinqtonda təqdim etdiyi dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair hesabatına əsasən xəbər verir ki, Fondun proqnozlarına görə, qlobal artım tempi orta illik ifadədə 2022-ci ildəki 3,5 faizdən 2023-cü ildə 3 faizə, 2024-cü ildə isə 2,9 faizə düşəcək.
Beləliklə, 2024-cü il üzrə qlobal artım proqnozu iyuldakı proqnozla müqayisədə 1 faiz bəndi azaldılıb. Hesabatda qeyd olunur ki, əsas iqtisadiyyatların baza inkişaf trayektoriyalarında daha böyük dəyişikliklər var: ABŞ üçün perspektivlər daha müsbət, Çin və avrozona üçün isə mənfidir. Qlobal iqtisadiyyat son 75 ilin ən böyük şokunu yaşadıqdan 3 il sonra, bölgələr arasında artım templərindəki genişlənən fərqlər fonunda çətinliklərin aradan qaldırılması başa çatmayıb.
BFV ekspertlərinin fikrincə, qlobal iqtisadiyyatda bərpa prosesi bir neçə amil, o cümlədən pandemiyanın uzunmüddətli nəticələri, Rusiyanın Ukraynadakı müharibəsi, habelə geosiyasi parçalanmanın güclənməsi səbəbindən məhdudlaşır.
Fuad Mədətov
Fins.az