2022-ci ildə Azərbaycanın bank sektorunun enerji istehlakı, su və kağız istifadəsi 2021-ci illə müqayisədə çox olub.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının keçirdiyi “Dayanıqlı maliyyə üzrə Sorğu”nun nəticələrinə dair hesabatda bildirilir.
Sənədə əsasən, ölkədəki banklardan 17-si 2021-2022-ci illər üzrə enerji istehlakı, su və kağız istifadəsi üzrə məlumatları təqdim edib. 3 bank enerji istehlakını, 5 bank su sərfiyyatını, 8 bank isə kağız istifadəsini azaltdığını bəyan edib.
Fuad Mədətov
Fins.az