“Kapital Bank” ASC-nin 2023-cü ilin II rübünün sonuna kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3 milyard 547 milyon 687 min manat təşkil edib.
Fins.az “Kapital Bank”ın bu ilin ilk yarısının maliyyə nəticələrinə əsasən xəbər verir.
Məlumata görə, bu ilin ilk 6 ayında Bankın cəmi kredit portfeli 389 milyon 918 min manat artıb. Ötən ilin sonunda Bankın kredit portfeli 3 milyard 157 milyon 769 min manat təşkil edib.
Fuad Mədətov
Fins.az