BANK

25 İyun

Bayram günlərində fəaliyyət göstərəcək bank filial və şöbələri açıqlanıb

Azərbaycanda bayram günlərində (26 iyun-2 iyul) bankların filial və şöbələri, valyuta mübadilə məntəqələri və “Azərpoçt”un bəzi şöbələri fəaliyyət göstərəcək.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 121 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 105 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt” MMC-nin satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki cədvəldə təqdim edilib.