BANK

13 İyun

AMB: Valyuta hərracında tələb təmin edildi - 13.06.2023

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb 10,6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, iyunun 8-də hərracda tələb 1,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Zəminə Hüseyn
Fins.az