BANK

08 İyun

Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri azalıb

2023-cü ilin birinci rübündə portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 452.7 mln. dollar, xalis maliyyə öhdəlikləri isə 590.2 mln. dollar azalıb.

Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edək ki, hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət (40.3 mln. dollar), digər (194.4 mln. dollar) sektorların və kapitalda iştiraka təminat verən qiymətli kağızların (5.9 mln. dollar) hesabına artmış, bankların (693.3 mln. dollar) hesabına isə azalıb. Öhdəliklər əsasən bank (6.9 mln. dollar) və neft-qaz (590.1 mln. dollar) sektorlarının hesabına azalmış, dövlət (4.5 mln. dollar ) və digər (2.3 mln. dollar) sektorların hesabına isə artıb.