2023-ci ilin birinci rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 3,4 milyard dollar təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrünə nisbətən 14,6% azdır. Qeyd edək ki, 2022-ci ilin birinci rübündə CƏH-in profisiti 3,9 milyard dollar təşkil edib.
Cari əməliyyatlar hesabının ÜDM-də payı18.9%-ni təşkil edib. Neft-qaz sektoru üzrə CƏH-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2.9 dəfə artaraq 5.5 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 18.2% artaraq 1.5 mlrd. dollar məbləğində olub.