Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.
AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb 1,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, iyunun 6-da hərracda tələb 8,6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Zəminə Hüseyn
Fins.az