BANK

06 İyun

AMB: Valyuta hərracında tələb təmin edildi - 06.06.2023

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb 8,6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, iyunun 1-də hərracda tələb 14,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Fuad Mədətov
Fins.az