30 aprel 2023-cü il tarixinə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 493, şöbələrinin sayı 94, ATM-lərin sayı 3002 olub.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın bank sektoru ilə bağlı Statistik bülletenində bildirilir.
Hesabat ayında da bank sektorunda çalışanların sayında artım trendi davam edib. Belə ki, aprel ayında bank əməkdaşlarının sayı 0.4% və ya 94 nəfər artaraq 23,258 nəfər təşkil edib.
Fuad Mədətov
Fins.az