BANK

23 May

Azərbaycanda problemli kreditlərin həcmi 600 mln. manata çatıb

2023-cü ilin may ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 591.8 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi aprel ayının 1-i ilə müqayisədə 0,2 % artıb, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 12.3% azalıb.

Qeyd edək ki, problemli kreditlərin 73.8%-i və 436,6 milyon manatı milli valyutada, 26.2%-i və ya 155.2 milyon manatı isə xarici valyutada olub.

Xatırladaq ki, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.9% bəndi azalaraq 2.8% təşkil edib.