BANK

22 May

Əsas kapitala yönəldilmiş investisiyaların 26.8%-i isə xarici mənbələr hesabına formalaşıb

Cari ilin birinci rübündə əsas kapitala yönəldilmiş investisiyaların 73.2%-i daxili mənbələr, 26.8%-i isə xarici mənbələr hesabına formalaşıb. 

Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, birinci rüb ərzində əsas kapitala yönəldilmiş vəsaitlərin maliyyə mənbələri üzrə bütün istiqamətlərində müsbət artım qeydə alınıb.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların öz vəsaitləri (45.8%) üstünlük təşkil edib.