BANK

22 May

Azərbaycan banklarının valyuta mübadiləsi üzrə gəlirləri 43% artıb

Bu ilin I rübündə Azərbaycan bankları ABŞ dollarını orta hesabla 1,6966 manatdan alıb, 1,7030 manata satıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, banklar hər 100 dolların alqı-satqısından 64 qəpik gəlir əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,2% çoxdur.

Xatırladaq ki, 1 il bundan əvvəl banklar dolları 1,6979 manatdan alıb, 1,7024 manata satıb, bununla da, hər 100 dolların alqı-satqısından 45 qəpik gəlir əldə edib.