Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 5-nin ötənilki əməliyyat xərcləri 200 milyon manatdan çox olub.
Fins.az xəbər verir ki, bunlar, “Kapital Bank” (154,813 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (103,767 milyon manat), “PAŞA Bank” (65,088 milyon manat), “Unibank” (59,088 milyon manat) və “Bank Respublika” (41,033 milyon manat) ASC-lərdir.
Qalan 20 bankdan 9-da əməliyyat xərcləri 10-40 milyon manat arasında, 10 bankda 1-10 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan az olub.