BANK

19 May

Azərbaycanda 3 bankın qeyri-faiz gəlirləri 20 mln. manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 24 bankdan 3-nün qeyri-faiz gəlirləri bu il aprelin 1-i tarixinə 20 milyon manatdan çox olub.

Fins.az bankların rüblük hesabatına istinadən xəbər verir ki, bunlar "Kapital Bank" (87,7 mln. manat), "Azərbaycan Beynəlxalq Bankı" (30,6 mln. manat) və "PAŞA Bank"dır (26,3 mln. manat).

Əlavə edək ki, bu dövrə olan məlumata görə, qalan banklardan 20-də qeyri-faiz gəlirləri 1 milyon manatdan 26 milyon manata qədər, 1 bankda isə 1 milyon manatdan azdır.