"Paşa Bank"ın əməliyyat xərcləri 7,6 faiz azalaraq 127,332 milyon manata düşüb.
Fins.az xəbər verir ki, bunu bankın idarə heyətinin üzvü Murad Süleymanov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, "Paşa Bank" 2022-ci ildə 2,825 milyard manatdan çox kredit ayıraraq, əməliyyat xərcləri əməliyyat gəlirləri ilə müqayisədə 13,5 faiz azalıb və 32,446 milyon manat olub:
M.Süleymanov onu da vurğulayıb ki, bankın faiz sövdələşmələrindən əldə etdiyi gəlir 312,227 milyon manat, valyuta əməliyyatlarından xalis gəliri isə 46,452 milyon manat olub.
Fuad Mədətov
Fins.az