BANK

18 May

"Paşa Bank"ın Kibertəhlükəsizlik Mərkəzi yüksək beynəlxalq qiymət alıb

2022-ci ildə "Paşa Bank"da Kibertəhlükəsizliyə Nəzarət Mərkəzi yaradılıb.

Fins.az xəbər verir ki, bunu bankın baş icraçı direktoru və idarə heyətinin sədri Cavid Quliyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Paşa Bank"ın Kibertəhlükəsizlik Mərkəzi 2022-ci ildə yüksək beynəlxalq qiymət alıb və Mərkəz 24/7 rejimdə fəaliiyyət göstərir:

"Mərkəzimiz beynəlxalq təşkilat tərəfindən yüksək qiymətləndirilib və beynəlxalq standartlara uyğunluğu təsdiq olunub".

C.Quliyev onu da vurğulayıb ki, bankın öz müştərilərinin ehtiyaclarını qarşılamaq və beynəlxalq standartlara cavab vermək üçün ən yaxşı texnologiyaların tətbiqinə tərəfdardır.

Fuad Mədətov
Fins.az