Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”, biznes proseslərini optimallaşdırmağa davam edir.
Bankdan Fins.az-a verilən məlumata görə, artıq hüquqi şəxslər, kiçik və orta biznes sahibləri, həmçinin fərdi sahibkarlar Bankın müştərisi olmaq üçün uzun zaman sərf etmədən, 5 addımda qeydiyyat prosesini daha da asan tamamlaya bilər.
Beləliklə, "PAŞA Bank"ın müştərisi olmaq istəyən biznes sahibləri ASAN İmza ilə onlayn bank platformasına keçid etdikdən sonra ünvan və əlaqə nömrəsini, illik dövriyyə məbləğini və hansı filial və ya şöbədən xidmət almaq istəyini qeyd edərək müqaviləni imzalayırlar. "PAŞA Bank" tamamilə onlayn surətdə həyata keçirilən bu proseslər vasitəsilə sahibkarlara bütün diqqətlərini və zamanlarını bizneslərinin inkişafına yönəltməkdə yardımçı olmağı hədəfləyir.
“PAŞA Bank” müştərisi olmaqla, siz bank kreditləri, əməkhaqqı layihəsi, rəqəmsal biznes kartı, POS-terminal və bu kimi bank məhsullarından yararlana, həmçinin hesabınızı onlayn bank platforması və “PAŞA Biznes” mobil tətbiqindən banka gəlmədən idarə edə bilərsiniz.
“PAŞA Bank” müştərisi olmaq və bizneslərə yönəlik bütün bank xidmətlərindən, məhsullarından və üstünlüklərdən yararlanmaq üçün //pshb.az/mushteri_ol linkinə keçid edin. Əlavə sualınız olduğu təqdirdə, *8123 və (+99412) 4965004 nömrələri vasitəsilə “PAŞA Bank”ın əlaqə mərkəzinə müraciət edə bilərsiniz.