BANK

12 May

"Marja İnvest" BOKT bazara daxil olmaqdan imtina edib

Azərbaycanda ötən ilin avqust ayında yaradılmış "Marja İnvest" MMC bank olmayan kredit təşkilatı (BOKT) bazara daxil olmaqdan imtina edib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, BOKT-un nizamnamə kapitalı bu növ kredit təşkilatları üçün müəyyən edilmiş tələbdən - 300 min manatdan 10 manata endirilib. Bu isə Azərbaycan Mərkəzi Bankının ona BOKT lisenziyası verməsini mümkünsüz edir.

Xatırladaq ki, "Marja İnvest"in hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 16, mənzil 55, qanuni təmsilçisi isə İradə Hafiz qızı İbrahimovadır.