Son 20 ildə ölkədə ümumi daxili məhsulunun (ÜDM) nominal həcmi 22 dəfə artaraq ötən ilin yekununda 133,8 milyard manata, adambaşına düşən ÜDM-in dəyəri isə 17,8 dəfə artaraq 13 292 manata çatıb.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Heydər Əliyevin 100 illik yubileyi ilə münasibəti ilə keçirdiyi tədbirdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov bildirib.
Onun sözlərinə görə, 20 il ərzində əhalinin nominal gəlirləri 13,7 dəfə artaraq 68,9 milyard manat, orta aylıq əməkhaqqı isə 13,3 dəfə artaraq 839 manat olub.
Fuad Mədətov
Fins.az