Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan Fins.az-a verilən məlumata görə, hərracda tələb 47,7 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, aprelin 27-də hərracda tələb 31,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Zəminə Hüseyn
Fins.az