Xalq Bank əmanət şərtlərini yeniləyərək daha sərfəli etdi. Yeni kampaniya şərtlərinə əsasən indi siz sərbəst manat vəsaitlərinizi daha uzun müddətə və yüksək faizlə Xalq Banka etibar edə bilərsiniz. 31 iyul tarixinədək Bankın “Müddətli”, “Proqress” və “VİP-Rantye” məhsulları üzrə əmanətlərinizi illik 7%-lə 36 ay müddətinə yerləşdirə bilərsiniz.
Fins.az xəbər verir ki, faizlərin ödənilməsi məhsulun növündən asılı olaraq aylıq əsasda və ya müddətin sonunda həyata keçirilir.
“Müddətli” əmanəti - sizə sərfəli faizlər və 3/6/9/12/24/36 ay arasında müddət seçimi ilə əlavə gəlir qazandırır.
“Proqress” əmanəti -12/24/36 ay müddətinə və depozit məbləğinin artırılması imkanını təqdim edir.
“VİP-Rantye”- depozitin artırılması və qismən çıxarılması imkanı ilə iri məbləğdə sərbəst vəsaitlərin etibarlı saxlanmasını və gəlir gətirməsini təmin edir.
“Uşaq yığım”- övladınızın adına yetkinlik yaşına çatana qədər yığım imkanı verir və faizlərin kapitallaşdırılması ilə maksimal gəlir təklif edir.
Uzun illərdir ki, müştərilərin öz vəsaitlərini rahatlıqla etibar etdiyi Xalq Bank 2023-cü ilin ilk rübünün nəticələrinə əsasən depozit portfelinin həcminə görə Azərbaycanın ən böyük özəl banklarının üçlüyü sırasındadır. Qeyd edək ki, Xalq Bankda yerləşdirilmiş əmanətlər “Əmanətlərin Sığortalanması Fondu”nun qaydalarına uyğun olaraq sığortalanır.
Xalq Bank – Uğurla birlikdəyik!