Cari ilin 1-ci rübündə AccessBank-ın ümumi gəliri ötən ilin analoji dövrü ilə müqayisədə 45% və ya 14.4 milyon manat artaraq 47 milyon manata yüksəlib.
Fins.az xəbər verir ki, bankın faiz gəlirləri isə 40%, yəni 12 milyon manat artaraq 43 milyon manata çatıb.
AccessBank həmçinin yekun xalis mənfəətini ötən ilin analoji dövrü ilə müqayisədə 7 dəfə artırıb. Belə ki, Bank 1-ci rübü 5 milyon 460 min manat yekun xalis mənfəətlə başa vurub.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
Qeyd edək ki, AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.