BANK

26 Aprel

Azərbaycan BOKT-larının xüsusi ehtiyatlara ayırmaları artıb

Bu ilin I rübündə Azərbaycanın bank olmayan kredit təşkilatlarının (BOKT) xüsusi ehtiyatlara ayırmaları 1,9 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,2% çoxdur.