BANK

20 Aprel

Virtual aktivlərlə əməliyyatların aparılması qaydası təsdiqlənib - QƏRAR

Azərbaycan Mərkəzi Bankı “Azərbaycan Respublikasında virtual aktivlərlə əməliyyatların aparılması Qaydası”nı təsdiq edib.

Fins.az xəbər verir ki, bununla bağlı qərarı AMB-nin sədri Taleh Kazımov imzalayıb.

AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Qeyd edək ki, virtual aktiv ödəniş və ya investisiya məqsədilə mübadilə vasitəsi kimi çıxış edən və virtual aktivlər dövriyyəsi sistemində mövcud olan dəyərin rəqəmsal ifadəsidir. Milli və xarici valyutanın, qiymətli kağızların, habelə törəmə maliyyə alətlərinin rəqəmsal qarşılığı virtual aktiv hesab edilmir.