Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan Fins.az-a verilən məlumata görə, hərracda tələb 60,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, aprelin 18-də hərracda tələb 19.2 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Zəminə Hüseyn
Fins.az